...

Azərbaycanda yol qəzaları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Cəmiyyət Materials 17 Noyabr 2011 13:33 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi noyabrın 21-də Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş tədbir keçirəcək.
Azərbaycanda yol qəzaları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Azərbaycan, Bakı, 17 noyabr / Trend müxbir M.Əliyev/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi noyabrın 21-də Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününə həsr olunmuş tədbir keçirəcək. Bu barədə cümə axşamı Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib.

46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzində DYP əməkdaşlarının, müəllimlərin, məktəblilərin, valideynlərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə saat 12:00-da yol qəzaları qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Tədbirin keçirilməsində məqsəd yol hərəkətində təhlükəsizliyin təmin edilməsi, təbliğat işinin gücləndirilməsi və yol nəqliyyat hadisələrinə ictimaiyyətin diqqətini cəlb etməkdən ibarətdir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ictimaiyyəti, xüsusilə hər bir hərəkət iştirakçısını qeyd olunan gün bir yerə toplaşaraq yol qəzalarında həlak olanların xatirəsini yad etməyə, qəzalarda əlil olanlara maddi və mənəvi dəstək göstərməyə çağırır.

Xəbər lenti

Xəbər lenti