...

Azərbaycanda qeydiyyata alınan QHT-lərin və KİV-lərin sayı açıqlanıb

Cəmiyyət Materials 21 Noyabr 2011 13:28 (UTC +04:00)
Azərbaycanda 2700-dən çox dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları var
Azərbaycanda qeydiyyata alınan QHT-lərin və KİV-lərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda 2700-dən çox dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları var.

Trend-in məlumatına görə, bunu Azərbaycan ədliyyə nazirinin müavini Toğrul Musayev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

O qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb, QHT-lər dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə fəal cəlb olunurlar.

Nazir müavini həmçinin bildirib ki, qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslər tərəfindən mətbu nəşrin təsis edilməsi prosedurları xeyli sadələşdirilib. "Hazırda nazirlikdə uçota götürülmüş KİV-lərin sayı 4500-ü keçib", - o bildirib.

Xəbər lenti

Xəbər lenti