Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın "Eurovision" təmsilçisi Samir Cavadzadənin barəsində həbs-qətimkan tədbiri seçilməyib. Bu barədə Trend-ə Nəsimi rayon prokurorluğundan məlumat verilib.
Onun sözlərinə görə, Cavadzadənin həbsinə əsas olmadığı üçün təqdimat verilməyib və müğənni sərbəst buraxılıb.
Cavadzadə noyabrın 20-də otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanıb.
Bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb.
Baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
İstintaq başa çatdıqdan sonra məhkəmə Cavadzadənin törətmiş olduğu cinayəti sübuta yetirəcəyi təqdirdə onu 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Cavadzadə 2008-ci ildə Azərbaycanı "Eurovision" yarışmasında təmsil edib.
"Eurovision" təmsilçisi Samir Cavadzadə barəsində həbs-qətimkan tədbiri seçilməyib
Azərbaycanın “Eurovision” təmsilçisi Samir Cavadzadənin barəsində həbs-qətimkan tədbiri seçilməyib
