...

Ömrün qayğısız uşaqlıq illəri (FOTOSESSİYA)

Cəmiyyət Materials 22 Noyabr 2011 13:18 (UTC +04:00)
Ömrün qayğısız uşaqlıq illəri (FOTOSESSİYA)
Ömrün qayğısız uşaqlıq illəri (FOTOSESSİYA)

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Azərbaycanda 728 400 nəfər məktəbəqədər yaşlı uşaq var. Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, ümumilikdə məktəbəqədər təhsil müəssisələrinə uşaqların 15,9%-i (şəhər-23,4%, kənd-8,7%) cəlb olunub.

Hazırda respublika üzrə 107954 uşağı əhatə edən 1635 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 103 157 uşağı əhatə edən 1571 məktəbəqədər müəssisə Təhsil Nazirliyi
sistemindədir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 4 xüsusi uşaq bağçası, ümumi təyinatlı 12 müəssisədə 20 xüsusi qruplar fəaliyyət göstərir. Bununla yanaşı, 5 sanator tipli məktəbəqədər təhsil müəssisəsi də mövcuddur. Hazırda ölkədə Təhsil Nazirliyi tərəfindən lisenziya almış 20 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 800-dən çox uşaq təlim-tərbiyə alır.

Xəbər lenti

Xəbər lenti