...

Əflatun Amaşov: Azərbaycanda "reketçiliy"in qarşısını almaq mümkündür

Cəmiyyət Materials 24 Noyabr 2011 13:33 (UTC +04:00)
Azərbaycanda "reketçiliy"in qarşısını almaq mümkündür, amma ölkədə reket jurnalistika ilə mübarizə aparmaq yalnız Mətbuat Şurasının işi deyil.
Əflatun Amaşov: Azərbaycanda "reketçiliy"in qarşısını almaq mümkündür

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda "reketçiliy"in qarşısını almaq mümkündür, amma ölkədə reket jurnalistika ilə mübarizə aparmaq yalnız Mətbuat Şurasının işi deyil. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatılığı ilə "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda keçirilən konfansda çıxışı zamanı bildirib.

O deyib ki, "reketçilik" cinayət tərkibli əməldir. Bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır.

Şura sədri qeyd edib ki, MŞ-yə il ərzində 1000-ə qədər şikayət daxil olur.

"Elə qəzet var ki, onun barəsində 10-dan çox, eləsi də var 50-dən çox şikayət daxil olub. "Bizim yol" qəzeti ilə bağlı 50-yə yaxın şikayət daxil olub. MŞ həmin şikayətləri araşdırır. Həmin şikayətlərdə "reketçilik"lə bağlı məqamlar varsa, bu barədə məlumatlar "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına göndərilir. Komissiya da MŞ-nin İdarə Heyətinə tövsiyə edir ki, həmin qəzetin adını MŞ-nin "qara siyahısı"na salsın", - Amaşov qeyd edib.

O əlavə edib ki, regionlarda kiminsə faliyyətində qaranlıq məqam olduqda, həmin şəxs qəzetin onu üzə çıxarmaması üçün qəzetə 50- 100 manat verir. Bəzi qəzetlər isə hətta ona 10-20 min manatın verilməsi ilə razılaşmırlar.

Amaşov hesab edir ki, "reketciliy"ə qarşı mübarizə aparmaq üçün bu barədə məlumatı olan şəxslər də MŞ-yə müraciət etməli və onları şantaj edənlərə pul verməməlidirlər.

Xəbər lenti

Xəbər lenti