...

Tələbələr üçün ilk rəsm müsabiqəsi keçirilib

Cəmiyyət Materials 30 Noyabr 2011 14:44 (UTC +04:00)
Azərbaycanda ali məktəb tələbələri arasında ilk dəfə keçirilmiş rəsm müsabiqəsinin nəticələri açıqlanıb.
Tələbələr üçün ilk rəsm müsabiqəsi keçirilib

Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəb tələbələri arasında ilk dəfə keçirilmiş rəsm müsabiqəsinin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, bununla bağlı çərşənbə günü Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında təşkil olunan tədbirdə çıxış edən Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib ki, müsabiqə "Azərbaycan-çiçəklənən diyar" mövzusunda keçirilib. Müsabiqənin keçirilməsində məqsəd gənclərdə dövlətçilik, vətənpərvərlik, vətənə sədaqət ruhu aşılamaq, rəsm sahəsində istedadı olanları üzə çıxarmaqdır.

Müsabiqə ali məktəb və respublika mərhələləri olmaqla, 2 mərhələdə keçirilib. Müsabiqənin respublika mərhələsinə 100-ə yaxın rəsm işi təqdim edilib. Onlardan 12-si qalib olub.

Xəbər lenti

Xəbər lenti