• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Aşura günü Bakıda məscidlərə gedən yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

5 Dekabr 2011 12:34 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Aşura günü ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend-ə bildirilib ki, Bakıda müəyyən edilmiş yerlərdən kənarda Aşura mərasimlərinin keçirilməsinə yol verilməyəcək.

İdarədən bildirilib ki, mərasimlərin keçiriləcəyi yerlər dəqiqləşdirilib, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həmin ərazilərdə əlavə polis naryadları təyin olunacaq.

Dövlət Yol Polisi də Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, mərasimlərin keçiriləcəyi məscidlərin yerləşdiyi ərazilərə gedən yollarda sıxlığın yaranmaması, əhalinin təhlükəsizliyinin təmini üçün nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Əsədov vətəndaşlara həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunmasını tövsiyyə edir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Fətvaya əsasən, Məhərrəm 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dadır.

"Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunmalıdır", - fətvada deyilir.

Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

"Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır", - fətvada qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Akademik: Azərbaycan dili öz nüfuzuna görə dünyada 20-25-ci yerdə qərarlaşır
Cəmiyyət 12:00
DİM gürcü dilini bilən mütəxəssislər axtarır
Cəmiyyət 11:44
Səfər Mehdiyev Ağsuda vətəndaşları qəbul edəcək
Cəmiyyət 11:26
Ölkənin avtomobil yollarındakı SON VƏZİYYƏT (VİDEO)
Cəmiyyət 11:12
İlahiyyat İnstitutunun rektoru tələbələrlə görüşüb (FOTO)
Cəmiyyət 10:04
Xəzərdə ən çox ovlanan balıqlar - Kefal, kütüm...
Cəmiyyət 09:44
Xəbər lenti
Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI
Gündəm 12:52
Azərbaycan Prezidenti Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb (FOTO)
Siyasət 12:47
Özünüməşğulluq proqramına cəlb edilənlərin hər birinin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
İqtisadiyyat 12:43
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub (FOTO)
Siyasət 12:36
Bu gün Bakı metrosunda baş vermiş ölümün SƏBƏBİ məlum oldu
Gündəm 12:23
SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
Energetika 12:18
Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başlayıb (FOTO)
Siyasət 12:13
Azərbaycan Prezidenti ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb (FOTO)
Siyasət 12:08
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub (FOTO)
Siyasət 12:03
Ən çox oxunanlar
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb
Azərbaycanda münaqişəli ailələrin sayı artır
Nəzər nöqtəsi
Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir

Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir

Bəhruz Quliyev: AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri