...

Azərbaycanda Bakı Turizm Peşə Məktəbi yaradılıb

Cəmiyyət Materials 7 Dekabr 2011 17:46 (UTC +04:00)
Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması haqqında qərar verib.
Azərbaycanda Bakı Turizm Peşə Məktəbi yaradılıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması haqqında qərar verib. Nazirlər Kabinetindən çərşənbə günü Tred-ə verilən məlumata görə, Bakı Turizm Peşə Məktəbinin 2011/2012-ci tədris ilindən fəaliyyətə başlaması üçün cari ilin sonunadək tələb olunan xərclərin maliyyələşdirilməsi 2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil" bölməsinin müvafiq paraqrafında nəzərdə tutulmuş vəsait hesabına Təhsil Nazirliyi tərəfindən təmin edilməlidir.

Azərbaycan Maliyyə Nazirliyi 2012-ci ildən başlayaraq, Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin nəzərdə tutulmasını təmin edəcək.

Peşə məktəbinin yaradılması üçün Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 17 ünvanında yerləşən 11 nömrəli Bakı Peşə Liseyinin 0,9662 ha torpaq sahəsinə malik dördmərtəbəli binasının bir hissəsi (6833.5 kv.m) ona məxsus əmlakla birlikdə Mədəniyyət və Turizm Nazirliyinin balansına verilib.

Xəbər lenti

Xəbər lenti