...

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 14 Dekabr 2011 12:13 (UTC +04:00)
Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, təmir işləri ilə əlaqədar olaraq "+110 Qərb" su anbarından S1 magistral xətti ilə içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Bununla əlaqədar dekabrın 14-də gün ərzində Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti