...

Erməni qadınların əcnəbilərlə nikahı vətəndə layiqincə yaşamağın mümkün olmadığından xəbər verir

Cəmiyyət Materials 15 Dekabr 2011 15:51 (UTC +04:00)
Erməni qadınlar vətəndə layiqincə və firavan yaşamağın mümkünsüzlüyü barədə stereotiplərin formalaşması səbəbindən tez-tez əcnəbilərə ərə gedirlər.
Erməni qadınların əcnəbilərlə nikahı vətəndə layiqincə yaşamağın mümkün olmadığından xəbər verir

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Erməni qadınlar vətəndə layiqincə və firavan yaşamağın mümkünsüzlüyü barədə stereotiplərin formalaşması səbəbindən tez-tez əcnəbilərə ərə gedirlər. Psixoloq Karine Nalçacyan belə hesab edir. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" xəbər verir.

"Əlbəttə, burada sosial və başqa səbəblər də ola bilər", - ekspert "Novosti-Armeniya" agentliyinə müsahibəsində deyib.

Psixoloq qeyd edib ki, nikah öz-özlüyündə hər kəsin şəsxi işidir. Lakin iş etniklərarası izdivaclara aid olduqda, bu, ciddi problemə çevrilir. Çünki bu zaman qarışıq nikahlar azsaylı xalqlar üçün qismən assimilyator rolu oynayır.

O, həmçinin qeyd edib ki, millətlərarası nikahlar eyni millətin nümayəndələrinin izdivacına nisbətən böyük risk elementinə malikdirlər.

Onun fikrincə, müxtəlif millətlərdən olan ərlə arvad arasında, o cümlədən uşaqların tərbiyəsi məsələsində anlaşılmazlıqlar çox zaman mentalitetlərin müxtəlifliyindən yaranır.

Çox zaman erməni kişilərin stereotipləri üzündən öz həyatını yenidən qurmaqda çətinlik çəkən boşanmış qadınların əcnəbilərə ərə getməsi barədə hökm sürən fikrə gəldikdə, Nalçacyan qeyd edib ki, bu gün Ermənistanda keçmişdə mənfi şəxsi təcrübəyə malik olan gənc qadınlar on illər bundan əvvəl olduğu kimi, cəmiyyətdən o qədər də təcrid olunmayıblar və yenidən ailə qurmaq üçün yetərincə yüksək şanslara malikdirlər.

Öz növbəsində, "Xoşbəxtliyin sirri" nikah agentliyinin direktoru İlona Baqişyan məlumat verib ki, agentliyin 2011-ci ildə fəaliyyətinin yekunları üzrə 10 erməni qadın öz "ikinci yarısı"nı əcnəbilər arasında tapıb.

Baqişyan bildirib ki, 2011-ci ildə agentliyin respublika ərazisində göstərdiyi fəaliyyət sayəsində 60 nəfər ailə qurub.

Ermənistan Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ilin yanvar-noyabr ayları ərzində əcnəbi vətəndaşlarla 934 nikah qeydə alınıb. 2010-cu ildə bu rəqəm 1 230 olub. Bununla yanaşı, nazirlik idarənin əcnəbilərlə boşanmaların statistikasına malik olmadığını dəqiqləşdirib. Çünki nikahın pozulmasına dair akt dünyanın istənilən nöqtəsində qeydiyyata alına bilər.

Xəbər lenti

Xəbər lenti