...

"Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi"ndə dəyişiklik edilib

Cəmiyyət Materials 22 Dekabr 2011 17:24 (UTC +04:00)
Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə dəyişiklik edib.
"Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi"ndə dəyişiklik edilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"ndə dəyişiklik edib.

Nazirlər Kabinetindən cümə axşamı Trend-ə verilən məlumata görə, yeni dəyişiklik əsasında artıq qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir.

Bu dəyişiklik edilənə qədər isə bu, yalnız təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilirdi.

Yeni qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti