...

Bakıda ötən il şəxsiyyət əleyhinə törədilən cinayətlər azalıb

Cəmiyyət Materials 13 Yanvar 2012 10:02 (UTC +04:00)
Bakıda ötən il şəxsiyyət əleyhinə törədilən cinayətlər azalıb.
Bakıda ötən il şəxsiyyət əleyhinə törədilən cinayətlər azalıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda ötən il şəxsiyyət əleyhinə törədilən cinayətlər azalıb.

Trend-in məlumatına görə, həyata keçirilən profilaktiki tədbirlər nəticəsində şəxsiyyət əleyhinə törədilən cinayətlər 2011-ci ildə 2010-cu ilə nisbətən 6 faiz azalıb.

Bunlardan adam öldürməyə cəhdlərin 96,4 faizinin, qəsdən sağlamlığa yüngül zərərvurma və döymə cinayətlərinin 96,6 faizinin açılması təmin edilərək istintaqa təhvil verilib.

2011-ci ildə mülkiyyət əleyhinə törədilən dələduzluq cinayətlərinin 87,1 faizi, mənimsəmə və israf etmənin isə 92,1 faizi açılıb.

İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərin 84,6 faizinin açılması təmin edilib. Həyata keçirilən profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə cinayətlər ötən ildə inişilə nisbətən 20 faiz azalıb, 90,6 faizi (ötən il 89,7 faiz) açılıb.

Ümumi cinayətkarlığın tərkibində ictimai yerlərdə, o cümlədən küçələrdə qeydə alınmış cinayətlərin xüsusi çəkisi 2010-cu illə müqayisədə aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti