...

İranda üç nəfəri öldürən şəxs əhalinin gözü qarşısında edam olunub

Cəmiyyət Materials 15 Yanvar 2012 13:16 (UTC +04:00)
Bu gün İranın Şiraz şəhərində Rəhmətullah adlı şəxs əhalinin gözü qarşısında edam olunub.
İranda üç nəfəri öldürən şəxs əhalinin gözü qarşısında edam olunub

Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir T.Cəfərov/

Bu gün İranın Şiraz şəhərində Rəhmətullah adlı şəxs əhalinin gözü qarşısında edam olunub. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, edam olmuş şəxs üç nəfəri qətlə yetirməkdə və üç nəfəri oğurlamaqda ittiham olunub. Rəhmətullahın oğurlayaraq öldürdüyü şəxslərin biri 12 yaşlı yeniyetmə uşaq olub. Edam hökmünü həmin yeniyetmənin valideynləri icra edib.

Edama məhkum olunmuş şəxs həmçinin adam oğurluğuna görə 15 il azadlıqdan məhrum edilibmiş.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalarda göstərildiyindən daha çoxdur.

Xəbər lenti

Xəbər lenti