...

Azərbaycanda kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidməti tətbiq olunacaq

Cəmiyyət Materials 18 Yanvar 2012 12:17 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin yaz sessiyasında "Kənd təsərrüfatında informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.
Azərbaycanda kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidməti tətbiq olunacaq

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin yaz sessiyasında "Kənd təsərrüfatında informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, bu məsələ parlamentin Aqrar siyasət komitəsinin 2012-ci il yaz sessiyasının qanunvericilik planına daxil olunub.

Qanunvericilik planında, həmçinin parlamentin yaz sessiyasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılması, həmçinin aqrar siyasət sahəsində qanunlara əlavə və dəyişikliklər nəzərdə tutulur.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov komitənin iclasında kənd təsərrüfatında informasiya-məsləhət xidmətinin tədbiqinə böyük ehtiyac olduğunu qeyd edib.

Komitə üzvü, millət vəkili Eldar Quliyev iclasda deyib ki, Sovet İttifaqı dövründə mərkəzləşdirilmiş təsərrüfat sistemi mövcud olub. "Lakin hazırda kənd təsərrüfatında çalışanlar fərdi sahibkar kimi çıxış edirlər və onların arasında əlaqələr yaradılmalıdır ki, biri-biri ilə məlumat mübadiləsi aparsın, kənd təsərrüfatı sahəsindəki durumdan xəbərdar olsunlar", - o deyib

Xəbər lenti

Xəbər lenti