...

Təhsil Nazirliyinin dörd əməkdaşı işdən çıxarılıb

Cəmiyyət Materials 18 Yanvar 2012 12:39 (UTC +04:00)
Əmək Məcəlləsinə yaş senzi ilə bağlı edilən dəyişikliklərlə əlaqədar Təhsil Nazirliyinin dörd işçisi təqaüdə göndərilib.
Təhsil Nazirliyinin dörd əməkdaşı işdən çıxarılıb

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir İ.İsabalayeva/

Əmək Məcəlləsinə yaş senzi ilə bağlı edilən dəyişikliklərlə əlaqədar Təhsil Nazirliyinin dörd işçisi təqaüdə göndərilib. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib.

Onun sözlərinə görə, 65 yaşı tamam olduğu üçün nazirliyin xüsusi şöbəsinin müdiri Mircəfər Nəbiyev, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin əməkdaşı Musa Əhmədov, İqtisadiyyat şöbəsinin əməkdaşı Zahid Məmmədov və Ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşı Nədim Nəcəfquliyev təqaüdə göndərilib.

Hüseynzadə adları qeyd edilən dörd nəfərin qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edildiyini bildirib.

Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün müəyyənləşdirilmiş yaş senzi elmi-tədqiqat müəssisələrində çalışan şəxslərə, ali məktəb müəllimlərinə şamil olunmayacaq.

65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

Dövlət orqanlarında dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 5 faizindən artıq ola bilməz.

Xəbər lenti

Xəbər lenti