...

Bu gündən Azərbaycanda hava küləkli olacaq

Cəmiyyət Materials 18 Yanvar 2012 12:50 (UTC +04:00)
Yanvarın 18-i axşamdan başlayaraq 21-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq və güclü küləkli keçəcəyi gözlənilir.
Bu gündən Azərbaycanda hava küləkli olacaq

Azərbaycan, Bakı, 18 yanvar / Trend, müxbir İ.İsabalayeva/

Yanvarın 18-i axşamdan başlayaraq 21-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq və güclü küləkli keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yanvarın 19-u axşam və 20-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Yanvarın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli keçəcəyi, səhər və axşam az yağıntılı olacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 19-da hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 5-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti