Azərbaycan, Bakı, 20 yanvar /Trend/
Bu gecə Bakıda yağan sulu qar Heydər Əliyev Beynəlxaq Hava Limanının işinə mane olmayıb. Bunu Trend-ə "Azərbaycan hava yolları" QSC-də bildirilib.
Bütün aviareyslər cədvələ əsasən göndərilir və qəbul olunur.
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq olacağı, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə və gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Bakıdakı hava şəraiti Heydər Əliyev Beynəlxaq Hava Limanının işinə mane olmayıb
Bu gecə Bakıda yağan sulu qar Heydər Əliyev Beynəlxaq Hava Limanının işinə mane olmayıb.
