...

Gürcüstandakı Azərbaycan diasporu "İmedi" telekanalından təkzib verilməsini tələb edir

Cəmiyyət Materials 24 Yanvar 2012 16:37 (UTC +04:00)
Gürcüstan azərbaycanlıları "İmedi" telekanalından "Xronika" xəbərlər proqramında azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" romanının gürcü-İran əsəri kimi qələmə verilməsi ilə bağlı rəsmi təkzib verilməsini tələb edib.
Gürcüstandakı Azərbaycan diasporu "İmedi" telekanalından təkzib verilməsini tələb edir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Gürcüstan azərbaycanlıları "İmedi" telekanalından "Xronika" xəbərlər proqramında azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" romanının gürcü-İran əsəri kimi qələmə verilməsi ilə bağlı rəsmi təkzib verilməsini tələb edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "Gürcüstan - mənim Vətənimdir" ictimai təşkilatının sədri Əli Babayev bu barədə sujeti təxribat və saxtalaşdırma kimi dəyərləndirir.

Təşkilat "İmedi" telekanalından rəsmi təkzib verilməsini və üzr istənilməsini tələb edir.

Qeyd edək ki, cavab olaraq "İmedi" telekanalı bunu təsadüfi səhv adlandırıb.

Xəbər lenti

Xəbər lenti