...

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "qaynar xətt"inə müraciət edənlərin sayı azalıb

Cəmiyyət Materials 27 Yanvar 2012 11:46 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "qaynar xətt"inə müraciət edənlərin sayı azalıb.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "qaynar xətt"inə müraciət edənlərin sayı azalıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "qaynar xətt"inə müraciət edənlərin sayı azalıb.

İdarədəki "qaynar xətt"ə 2011-ci ilin martından ilin sonunadək 3578 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cümə günü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

"Qaynar xətt"ə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur. Bu da ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır. "Qaynar xətt"ə mart ayında 1028 müraciət, iyulda 285, noyabrda 223 müraciət daxil olub. 27 müraciət əsasında cinayət işi başlanıb. 33 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Həmin cinayət işlərindən 14-ü üzrə istintaq yekunlaşaraq baxılması üçün məhkəmələrə göndərilib, digər cinayət işlərinin istintaqı davam edir", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, "qaynar xətt"ə daxil olan müraciətlər üzrə aparılan təhlillər onu göstərir ki, bir sıra nazirlik, komitə və digər dövlət qurumlarında korrupsiya ilə mübarizə işinin kifayət qədər təşkil olunmaması vətəndaşlar arasında haqlı narazılıqların yaranmasına səbəb olur.

"Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların haqlı tələblərinin təmin olunması sahəsində bir sıra tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ də nazirliyin yerli qurumları tərəfindən süründürməçilik hallarına rast gəlinir", - Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti