Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir M.Əliyev/
Anomal hava şəraiti ilə bağlı Müdafiə Nazirliyinin hərbi hissələri tam hazırlıq vəziyyətinə gətirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev şənbə günü Trend-ə bildirib ki, nazirlik belə və bundan da sərt havaya tam hazırdır.
"İstilik sistemləri öz qaydasında işləyir və açıq havada soyuqdan qorunmaq üçün müvafiq tədbirlər görülür" Abdullayev əlavə edib.
Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.
Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.
Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.
Anomal hava şəraiti ilə bağlı Müdafiə Nazirliyinin hərbi hissələri tam hazırlıq vəziyyətinə gətirilib
Anomal hava şəraiti ilə bağlı Müdafiə Nazirliyinin hərbi hissələri tam hazırlıq vəziyyətinə gətirilib