...

FHN-in xilasediciləri sürücülərə və piyadalara köməyə cəlb olunub

Cəmiyyət Materials 2 Fevral 2012 17:57 (UTC +04:00)
Son günlər Azərbaycan ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib.
FHN-in xilasediciləri sürücülərə və piyadalara köməyə cəlb olunub

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir M.Əliyev/

Son günlər Azərbaycan ərazisində, o cümlədən paytaxtda havanın soyuması və qar yağması ilə əlaqədar yollarda hərəkət çətinləşib.

Trend-in cümə axşamı FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yollarda çətinliklərlə üzləşmiş avtomobillərin və piyadaların hərəkətinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası bəzi ərazilərə cəlb edilib.

Hazırda Bakı şəhərinin Binə, Hövsan, Zirə, Qobu, Müşfiqabad, Dübəndi, Pirallahı qəsəbələri istiqamətində, habelə Bakı-Sumqayıt magistral yolunun bəzi hissələrində çətin şəraitlə üzləşmiş sürücülərə və piyadalara Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən lazımi köməklik göstərilir.

Fövqəladə Hallar Nazirliyi sürücülərə zərurət olmadığı halda qeyd edilən yollardan istifadə etməməyi tövsiyə edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.

Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti