...

Mehdi Səlimzadə: Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarış almağa ehtiyac yoxdur

Cəmiyyət Materials 7 Fevral 2012 13:54 (UTC +04:00)
Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarış almağa ehtiyac yoxdur.
Mehdi Səlimzadə: Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarış almağa ehtiyac yoxdur

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarış almağa ehtiyac yoxdur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib.

Mərkəz rəisi qeyd edib ki, əvvəllər çıxarış tələb olunurdu. "Lakin sonradan bizim mərkəz tərəfindən qanuna istinadən tövsiyə xarakterli məktub yazıldı ki, bu sənəd tələb olunmasın", - Səlimzadə vurğulayıb.

Onun sözlərinə görə, narazılıqlar nəzərə alınaraq bu tövsiyələr verilib.

Azərbaycanda 2 mindən artıq bələdiyyə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti