...

Təhsil Nazirliyi çovğunlu havada dərslərlə bağlı məsələyə aydınlıq gətirib

Cəmiyyət Materials 8 Fevral 2012 09:55 (UTC +04:00)
Təhsil Nazirliyi Bakıda çovğunlu hava ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı qərar qəbul etməyib. Bu barədə Trend-ə çərşənbə günü Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib.
Təhsil Nazirliyi çovğunlu havada dərslərlə bağlı məsələyə aydınlıq gətirib

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir M.Əliyev/

Təhsil Nazirliyi Bakıda çovğunlu hava ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı qərar qəbul etməyib. Bu barədə Trend-ə çərşənbə günü Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib.

"Bu gün Bakının məktəblərində istilik problemi yoxdur", - Hüseynzadə deyib.

Onun sözlərinə görə, məktəblərə yaxın yaşayan şagirdlər təhsilini davam etdirə bilər, lakin məktəbdən uzaqda yaşayan və nəqliyyat problemi olanlar dərsə gəlməyə bilərlər. "Əsas olan uşaqların cansağlığıdır", - mətbuat xidmətinin rəhbəri bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, çərşənbə günü şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.

Qeyd edək ki, son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti