...

Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 10 Fevral 2012 12:05 (UTC +04:00)
Şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş verib.
Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Şaxtalı hava səbəbindən Ceyranbatan Qurğular Kompleksindən Sumqayıt şəhərinə çəkilmiş 1200 mm-lik magistral boru xəttində qəza baş verib. Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda magistral kəmərdə təmir işləri aparılır və işlərin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla əlaqədar fevralın 10-da gün ərzində Sumqayıt şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti