...

Azərbaycanda "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsinin vaxtı açıqlandı

Cəmiyyət Materials 14 Fevral 2012 15:12 (UTC +04:00)
Azərbaycan Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci ildə verdiyi sərəncama uyğun olaraq keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin II mərhələsi fevralın 20-dən başlayacaq.
Azərbaycanda "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsinin vaxtı açıqlandı

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 2007-ci ildə verdiyi sərəncama uyğun olaraq keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin II mərhələsi fevralın 20-dən başlayacaq.

Trend-in çərşənbə axşamı Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin Təşkilat Komitəsinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinə 2011-ci ildə 145, 2012-ci ildə isə 151 məktəb sənəd təqdim edib. Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən müvafiq bal toplamış 111 məktəb II mərhələyə buraxılıb.

"Ən yaxşı müəllim" müsabiqəsinə 2011-ci ildə 425, bu il isə 464 nəfər sənəd təqdim edib. Onlardan 456-nın sənədi ekspertizadan keçib.

Mərdanov deyib ki, iştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimləri üstünlük təşkil edir. Ekspertizanın nəticələri əsasında sənədləri qəbul olunmuş 456 müəllimdən 229 nəfəri II mərhələyə buraxılıb.

Xəbər lenti

Xəbər lenti