...

Əli Əhmədov: Təhsilin inkişafına diqqət və qayğı Azərbaycan dövlətinin prioritetlərindən hesab olunur

Cəmiyyət Materials 16 Fevral 2012 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir M.Əliyev/

Bu gün təhsilin inkişafına diqqət və qayğı Azərbaycan dövlətinin prioritetlərindən hesab olunur. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov cümə axşamı "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində keçirilən "Milli təhsilin gələcəyi" adlı "dəyirmi masa"da bildirib.

Əhmədov deyib ki, Azərbaycanın təhsil sahəsində son illər çox işlər aparılır.

Onun sözlərinə görə, "Gələcəyə baxış - Azərbaycan 2020 inkişaf konsepsiyası" çərçivəsində ölkənin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də mühüm addımlar atılacaq.

"İlk növbədə milli təhsilin inkişafında yeniliklər etmək, daha düzgün hədəflərə çatmaq üçün mühüm işlərə imza atılacaq", - Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti