...

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında iştirak edib

Cəmiyyət Materials 16 Fevral 2012 16:57 (UTC +04:00)
Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkil etdiyi konfransda iştirak edib.
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında iştirak edib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbaliyeva/

Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkil etdiyi konfransda iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Niderlandın Haaqa şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının təşkil etdiyi konfrans "Bandalar, silahlar və xuliqanlıq" mövzusunda həsr olunub.

Konfransın əsas məqsədi son zamanlar Avropada baş vermiş bəzi dəhşətli zorakılıq cinayətlərinin öyrənilməsi olub. Belə ki, konfransda ötən il Londonda törədilmiş kütləvi iğtişaşların, Norveçdə baş vermiş terror zamanı insanların qətlə yetirilməsinin səbəbləri, hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən görülmüş tədbirlər müzakirə edilib.

Konfransda K.Əliyev "Postsovet düvründə zorakılıq cinayətləri" mövzusunda çıxışı zamanı, müstəqillik dövründə zorakılıq cinayətlərinin tendensiyası, statistik məlumatlar və zorakılıq cinayətləri ilə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər barədə danışıb.

Səfər çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Derk Kuipers və qurumun kommunikasiya meneceri Janne Holst Hübnerlə aparılmış danışıqlar zamanı xanım Hübnerin fevralın 26-28-də Azərbaycana işgüzar səfəri barədə razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti