...

Dövlət Mükafatları üçün əsərlərin qəbuluna başlanılıb

Cəmiyyət Materials 17 Fevral 2012 12:15 (UTC +04:00)
Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2012-ci il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbuluna başlayıb.
Dövlət Mükafatları üçün əsərlərin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2012-ci il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbuluna başlayıb.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalıdır. Əsərlər aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti