...

Bakıda yenidən fasilələrlə qar və sulu qar yağır

Cəmiyyət Materials 19 Fevral 2012 10:02 (UTC +04:00)
Bakıda bazar günü yenidən qar yağmağa başladı.
Bakıda yenidən fasilələrlə qar və sulu qar yağır

Azərbaycan, Bakı, 19 fevral / Trend müxbir M.Əliyev/

Bakıda bazar günü yenidən qar yağmağa başladı.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, fevralın 21-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacaq. Fevralın 19-20-də şimal küləyinin sürəti saniyədə 18-20 metr olacaq, arabir 23-28 metrədək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək.
Hava şəraiti ilə əlaqədar fevralın 19-dan 20-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında yolların yenidən buz bağlayacağı, güclü şimal küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti, axşama doğru 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da bazar günü havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti