Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Əliyev/
Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 29-da Rusiya Federasiyasına səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə daxil olan məlumata görə, səfər Moskva şəhərinin meri Sergey Sobyaninin dəvəti əsasında baş tutur.
Səfər müddətində Şeyxülislam A. Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətləri ilə görüşü nəzərdə tutulur. Görüşlərdə dinlərarası dialoqun inkişaf etdirilməsi perspektivləri müzakirə ediləcək.
Allahşükür Paşazadə Rusiyaya səfərə yola düşür
Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 29-da Rusiya Federasiyasına səfərə yola düşür