...

Dünya Bankının təhsil ekspertləri Azərbaycana gələcək

Cəmiyyət Materials 29 Fevral 2012 15:52 (UTC +04:00)
Mart ayında Dünya Bankının (DB) təhsil üzrə ekspertlərinin Azərbaycana səfəri gözlənilir.
Dünya Bankının təhsil ekspertləri Azərbaycana gələcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir İ.İsabalayeva/

Mart ayında Dünya Bankının (DB) təhsil üzrə ekspertlərinin Azərbaycana səfəri gözlənilir.

Təhsil Nazirliyində "Azərbaycanın təhsil sektorunun inkişafı layihəsi"nin əlaqələndirmə qrupunun rəhbəri Elvin Rüstəmov çərşənbə günü Trend-ə deyib ki, səfərin məqsədi Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan "Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi" ilə bağlı müzakirələr aparmaqdır.

Beş illik layihənin üç əsas komponenti var. Həmin komponentlər ali təhsilin keyfiyyətinin təminatı, ali təhsil sistemində maliyyələşdirmə, ali təhsildə tənzimlənmə və idarəetmədir.

Layihənin ali təhsil sistemində maliyyələşdirmə komponentinə uyğun olaraq, universitetlərə qrantların verilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti