...

"Lider" televiziyası "Mobil reportyor" layihəsinə başlayır

Cəmiyyət Materials 1 Mart 2012 12:46 (UTC +04:00)
Artıq hər kəs özünü reportyor kimi sınaya bilər. Qarşılaşdığınız maraqlı hadisələri, kuryozları, müxtəlif olayları həvəskar kameraya, fotoaparata və ya mobil telefona çəkin və operativ olaraq "Lider TV"-yə göndərin.
"Lider" televiziyası "Mobil reportyor" layihəsinə başlayır

Azərbaycan, Bakı, 1 mart /Trend/

"Lider" televiziyası "Mobil reportyor" layihəsinə başlayır.

Artıq hər kəs özünü reportyor kimi sınaya bilər. Qarşılaşdığınız maraqlı hadisələri, kuryozları, müxtəlif olayları həvəskar kameraya, fotoaparata və ya mobil telefona çəkin və operativ olaraq "Lider TV"-yə göndərin. Vacib və aktual materiallar "Səda" xəbərlər proqramında işıqlandırılacaq. Və onların sahibləri telekanal tərəfindən mükafatlandırılacaq.

Başqalarının görmədiyini görürsən?
Bizdən biri ol - mobil reportyor ol!!
Lider tv-nin xəbərlər xidməti sənin videolarını gözləyir.

Qaynar xətt:
Mail: [email protected]
Tel: (012) 497 59 41

Xəbər lenti

Xəbər lenti