...

Azərbaycanda əlil yeniyetmə və gənclərin yaradıcılıq festivalı keçiriləcək

Cəmiyyət Materials 5 Mart 2012 12:29 (UTC +04:00)
Azərbaycanda martın 6-da sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalı keçiriləcək.
Azərbaycanda əlil yeniyetmə və gənclərin yaradıcılıq festivalı keçiriləcək

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda martın 6-da sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin II Respublika Yaradıcılıq Festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, festivalın keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq və onları həvəsləndirmək, həmçinin onların asudə vaxtlarının səmərəli və mənalı təşkilidir.

Festival rəsm və dekorativ tətbiqi sənət, musiqi, rəqs, tamaşa istiqamətləri üzrə keçiriləcək.

Festivalda dövlət rəsmiləri, Azərbaycan estradasının tanınmış nümayəndələri də gəncləri təbrik edəcəklər.

Xəbər lenti

Xəbər lenti