...

Azərbaycanlı gənclər ermənilərin soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirir

Cəmiyyət Materials 12 Mart 2012 17:28 (UTC +04:00)
Azərbaycanlı gənclər ermənilərin əsrlər boyu ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirirlər.
Azərbaycanlı gənclər ermənilərin soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı gənclər ermənilərin əsrlər boyu ölkəmizə və xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirirlər. Bu barədə Trend-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri Anar Tahirov bildirib.

O, həmçinin azərbaycanlı gənclərin Ukraynanın sosial, mədəni həyatına sürətlə inteqrasiya etdiklərini vurğulayıb.

Tahirov Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Birliyin Gənclər Mərkəzi ilə təmin olunmasını Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin inkişafına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.

Birliyin sədri Azərbaycan dövlətinin xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin inkişafına və onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya olunmalarına xüsusi diqqət ayırdığını bildirib.

Tahirov bu dəstəyin Ukraynadakı azərbaycanlı gənclərin gələcək inkişafında mənəvi stimula çevrildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı diasporunun sıraları gündən-günə gənclərlə genişlənir.

Xəbər lenti

Xəbər lenti