...

Sabahdan İranda saatlar bir saat irəli çəkiləcək

Cəmiyyət Materials 19 Mart 2012 15:51 (UTC +04:00)
İran ərazisində yay vaxtının tətbiq edilməsi ilə əlaqədar martın 20-də (fərvərdin ayının əvvəli) saat 00:00-da əqrəblər bir saat irəli çəkiləcək.
Sabahdan İranda saatlar bir saat irəli çəkiləcək

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir T.Cəfərov/

İran ərazisində yay vaxtının tətbiq edilməsi ilə əlaqədar martın 20-də (fərvərdin ayının əvvəli) saat 00:00-da əqrəblər bir saat irəli çəkiləcək. Bu barədə Trend "Fars" xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Hər il İranda sentyabr ayının 20-də (şəhrivər ayının 30-u) isə saat 00:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

İran ərazisində saat Qrinviç meridianı vaxtından (GMT) 3 saat yarım irəlidir.

Xəbər lenti

Xəbər lenti