...

Azərbaycan və Avropa gəncləri musiqi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər

Cəmiyyət Materials 26 Mart 2012 15:40 (UTC +04:00)
"İrəli" İctimai Birliyi dünyanın ən tanınmış gənclər təşkilatlarından biri olan "Jeunesses Musical International" (JMI) təşkilatı ilə əməkdaşlıq barədə razılığa gəlib.
Azərbaycan və Avropa gəncləri musiqi sahəsində əməkdaşlıq barədə razılığa gəliblər

Azərbaycan, Bakı, 26 mart /Trend/

"İrəli" İctimai Birliyi dünyanın ən tanınmış gənclər təşkilatlarından biri olan "Jeunesses Musical International" (JMI) təşkilatı ilə əməkdaşlıq barədə razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə təşkilatın rəsmi saytında məlumat yerləşdirilib.

Bununla da "İrəli" İctimai Birliyi rəsmi olaraq JMI vasitəsilə Azərbaycan gəncliyini və musiqisini dünyada təmsil etmək hüququnu əldə edir.

Qeyd edək ki, dünyanın musiqi üzrə ixtisaslaşmış ən böyük gənclər təşkilatı olan Jeunesses Musicales International 1945-ci ildə Brüsseldə yaradılıb. Təşkilatın əsas məqsədi bütün sərhədləri aşaraq musiqi vasitəsilə gənclərin inkişafına nail olmaqdır.

Çoxşaxəli fəaliyyəti nəticəsində JMI daxilində 4 istiqamət formalaşıb: Gənc musiqiçilər, Gənc tamaşaçılar, Gənc Səlahiyyətlər və Gənc orkestr və ansambllar.

Təşkilatın 45 ölkədə nümayəndəliyi və 35 ölkədə əlaqələndirici təşkilatları fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti