...

Helsinki sakinlərinə Azərbaycan plovları təqdim olunub

Cəmiyyət Materials 27 Mart 2012 17:12 (UTC +04:00)
Finlandiya paytaxtında Azərbaycan plovları təqdim olunub.
Helsinki sakinlərinə Azərbaycan plovları təqdim olunub

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.Mehdiyev/

Finlandiya paytaxtında Azərbaycan plovları təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, paytaxt Helsinkidə "Caisa" Mədəniyyət Mərkəzində Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə "Azərbaycan plovları" adlı gecə keçirilib.

Tədbirdə FAA-nın nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının sədr müavini Vəfa Muradlı toplaşanlara Azərbaycan mətbəxinin tarixi haqqında məlumat verdikdən sonra Azərbaycan mətbəxi haqqında qisametrajlı flim nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarına üç növ Azərbaycan plovu təqdim olunub.

Xəbər lenti

Xəbər lenti