...

Azərbaycandakı bütün ali məktəblər tələbələrinin qiymətlərini vahid sistemə daxil edəcəklər

Cəmiyyət Materials 28 Mart 2012 11:07 (UTC +04:00)
Növbəti tədris ilindən təhsil müəssisələri akademik müvəffəqiyyətlər haqqında məlumatları da "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nə daxil edəcəklər.
Azərbaycandakı bütün ali məktəblər tələbələrinin qiymətlərini vahid sistemə daxil edəcəklər

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İsabalayeva/

Növbəti tədris ilindən təhsil müəssisələri akademik müvəffəqiyyətlər haqqında məlumatları da "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nə daxil edəcəklər. Trend-in məlumatımna görə, bunu sistemin təqdimat mərasimində çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov deyib.

Onun sözlərinə görə, təhsil müəssisələri tərəfindən xarici ölkələrə köçürülmüş tələbələr, təkrar təhsil almış şəxslər haqqında məlumatların da bu sistemə daxil olunması məqsədəuyğundur.

Mərdanov deyib ki, sistemdə sorğuların aparılması üçün axtarış sistemi nəzərdə tutulub.

Sistemdə hər hansı tələbənin anketini almaq imkanı yaradılıb. Bu da həmin tələbə hqqında tam məlumat almağa şərait yaradacaq.

Sistemin çoxfunksiyalı olduğunu deyən Mərdanov onun ölkədə çox geniş tətbiq ediləcəyini bildirib.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkə Prezidentinin sərəncamı ilə hazırlanmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"nin təqdimatını keçirib. Sistemdə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 978 226 nəfər haqqında məlumat var.

Xəbər lenti

Xəbər lenti