Azərbaycan, Bakı, 28 mart /Trend/
Avstraliyanın "Channel 7" telekanalında Azərbaycana həsr edilmiş veriliş nümayiş olunub.
"The amazing race Australia" əyləncəli verilişi çərçivəsində Azərbaycan göstərilib, geniş formatda ölkənin zəngin mədəniyyəti, gözəl turizm guşələri və imkanları, uğurları və perspektivləri haqqında məlumat verilib.
"The amazing race Australia" verilişi çərçivəsində şounun iştirakçıları bir sıra xarici ölkələrə səfər ediblər ki, belə ölkələrdən biri də Azərbaycan olub.
Dünyanın müxtəlif ölkələrində, o cümlədən Avstraliyada Azərbaycana həsr edilmiş veriliş və filmlərin nümayişi onu göstərir ki, beynəlxalq arenada respublikaya qarşı maraq artır, həmçinin Azərbaycan ildən-ilə dünya üçün daha tanınmış və maraqlı olur.