...

“Akkord” soyqırım dəhşətlərinə diqqət çəkmək üçün xüsusi tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 31 Mart 2012 19:24 (UTC +04:00)
94 il əvvəl – 1918-ci ilin mart ayında erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin anım günü - Azərbaycanlıların Soyqırımı Günü hər il olduğu kimi bu il də “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən özünəməxsus tərzdə qeyd edilib.
“Akkord” soyqırım dəhşətlərinə diqqət çəkmək üçün xüsusi tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 31 mart /Trend/

94 il əvvəl - 1918-ci ilin mart ayında erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin anım günü - Azərbaycanlıların Soyqırımı Günü hər il olduğu kimi bu il də "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC tərəfindən özünəməxsus tərzdə qeyd edilib.

Martın 31-də Korporasiya Pirşağı qəsəbəsində yeləşən 2 saylı Xocalı məktəbinin müəllim və şagirdlərindən ibarət kollektivinin Quba rayonundakı SOYQIRIM qurbanlarının xatirə kompleksinə ziyarətini təşkil edib. Korporasiyanın ayırdığı avtobusla Qubaya yollanan qrupa "Akkord"un İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva rəhbərlik edib.

Korporasiyanın bu təşəbbüslə çıxış etməsində əsas məqsəd bir soyqırım qurbanlarının və onların övladlarının digər soyqırım qurbanlarının xatirəsini yad etməsinə nail olmaqla çox önəmli bir məsələyə diqqət çəkmək olub; erməni millətçilərinin xalqımıza qarşı yönəlmiş mənfur düşmənçilik siyasəti davamlı və dəyişməz olduğu kimi, həm də hər zaman dəhşətli dərəcədə amansız və qəddar xarakter daşımışdır. Həm yetkin həm də yetişən nəslin bunu unutmaması isə, bu iyrənc siyasətdən doğa biləcək gələcək təhlükələrin qarşısının alınmasında müstəsna əhəmiyyət kəsb edir və hər kəs bu qanlı tarixin yaddaşlarda əbədi yaşaması üçün əlindən gələni etməlidir.

Ziyarət mərasimi zamanı Korporasiya nümayəndələri və Xocalı məktəbinin kollektivi Xatirə Kompleksinə birgə əklil və tər gül-çiçək dəstələri qoyublar və bu soyqırım faktı ilə bağlı məruzələr dinləyiblər.

Qeyd edək ki, ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalmış həmvətənlərimiz digər məcburi köçkün və qaçqınlarla bərabər hər zaman "Akkord" Korporasiyasının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bayram, ildönümü və anım günlərində Xocalı sakinlərinə müxtəlif yardımlar göstərilməsini prioritetə çevirən "Akkord" təkcə Pirşağı qəsəbəsindəki 2 saylı məktəbə deyil, həmçinin Naftalan şəhərində yerləşmiş Xocalı məktəbinə də yardımlarını əsirgəməmişdir. Vü bütün bunlara vətəndaşlıq borcu olaraq yerinə yetirməkdə qərarlıdır.

Xəbər lenti

Xəbər lenti