...

Azərbaycanda havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 6 Aprel 2012 11:58 (UTC +04:00)
Yaxın 2 gündə Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.
Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir İ.İsabalayeva/

Yaxın 2 gündə Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, aprelin 7-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq.
Gündüz arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti