...

Akademik Arif Paşayevə "Mühəndislik şöhrəti" ordeni təqdim olunub

Cəmiyyət Materials 6 Aprel 2012 19:58 (UTC +04:00)
Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik ümumi yığıncağı keçirilib.
Akademik Arif Paşayevə "Mühəndislik şöhrəti" ordeni təqdim olunub

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik ümumi yığıncağı keçirilib.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Akademiyanın prezidenti akademik Arif Paşayev tədbirdə çıxış edib.

Yığıncaqda bir il ərzində akademiyada görülmüş işlər və perspektiv məsələlər müzakirə edilib. Mühəndislik Akademiyasının nəzdində yaradılacaq Texnoparkın konsepsiyası və inkişaf modeli haqqında da müzakirə aparılıb. Akademiklər Yaqub Eyyubov, Havar Məmmədov, İsmayıl Sadıqov, Əbülfəz Babayevin iştirak etdikləri müzakirələrdən sonra müvafiq qərar qəbul olunub.

Yığıncaqda Azərbaycandan Beynəlxalq Mühəndislik Akademiyasına (BMA) həqiqi üzv seçilmiş akademik Əli Abbasov, Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədovaya, müxbir üzvlər Qərib Məmmədov, Rövnəq Abdullayev və Ədalət Səmədova diplomlar verilib.

Sonra Akademiyanın üzvlərinə orden və medallar təqdim edilib.

Akademiyanın prezidenti akademik Arif Paşayevə MDB və uzaq xarici ölkələrin elmi və mühəndis-texniki cəmiyyətlərinin birləşməsində, mühəndislik elminin və təcrübəsinin inkişafındakı xüsusi xidmətlərinə görə Akademiyanın ən ali mükafatı "Mühəndislik şöhrəti" ordeni təqdim olunub.

Əhəd Canəhmədov BMA-nın "Böyük qızıl", Arif Mehdiyev və Havar Məmmədov "Mühəndislik rəşadəti", Natiq Cavadov və Hüseynqulu Bağırov isə "Mühəndislik şöhrəti" medalları ilə təltif ediliblər. "Beynəlxalq Mühəndislik Akademiyasının XX illik yubileyi" qızıl medalı isə Arif Paşayev, Əli Abbasov, Yaqub Eyyubov, Mürsəl Əliyev, Gülçöhrə Məmmədova, Arif Quliyev və Məmmədkərim Quliyevə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti