...

Bakıda sabah da hava dumanlı olacaq

Cəmiyyət Materials 7 Aprel 2012 11:32 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturların yüksələcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Bakıda sabah da hava dumanlı olacaq

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda və Abşeron yarımadasında yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturların yüksələcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman, qərb rayonlarında çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 16-21 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti