...

TQDK-nın keçirdiyi sınaq imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq

Cəmiyyət Materials 9 Aprel 2012 11:20 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 8-də ölkənin 24 şəhərində keçirdiyi sınaq imtahanlarının nəticələrini yaxın günlərdə açıqlayacaq.
TQDK-nın keçirdiyi sınaq imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq

Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 8-də ölkənin 24 şəhərində keçirdiyi sınaq imtahanlarının nəticələrini yaxın günlərdə açıqlayacaq. Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" (Azercell nömrələrindən), "Cavab" (Bakcell nömrələrindən) və "Imtahan-info" (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə biləcəklər.

Sınaq imtahanları Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyanda, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib.

İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, bəzi abituriyentlər sınaq imtahanına özlərinə aid olmayan şəxsiyyət vəsiqəsi ilə yazılıblar. İmtahan binalarına buraxılış rejimində belə hallar aşkarlanıb və həmin abituriyentlər imtahana buraxılmayıblar.

Xəbər lenti

Xəbər lenti