...

Bu il Azərbaycana gələn turistlərin sayında 10-15 faiz artım olacağı proqnozlaşdırılır

Cəmiyyət Materials 12 Aprel 2012 13:30 (UTC +04:00)
2012-ci ildə Azərbaycana gələn turistlərin sayında 10-15 faiz artım olacağı proqnozlaşdırılır. Ötən il isə Azərbaycana gələn turistlərin sayında 2010-cu ilə nisbətən 14 faiz artım olub.
Bu il Azərbaycana gələn turistlərin sayında 10-15 faiz artım olacağı proqnozlaşdırılır

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

2012-ci ildə Azərbaycana gələn turistlərin sayında 10-15 faiz artım olacağı proqnozlaşdırılır. Ötən il isə Azərbaycana gələn turistlərin sayında 2010-cu ilə nisbətən 14 faiz artım olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər Azərbaycana gələn turistlərin viza almasında çox müasir texnikalardan istifadə olunacaq.

Nazir deyib ki, Azərbaycana gələn vətəndaşlar üçün viza verilməsinin sadələşdirilməsi ilə bağlı çox mühüm işlər görülüb.

Qarayevin sözlərinə görə, Azərbaycanda hər il onlarla mehmanxana inşa edilir. Bu isə ondan xəbər verir ki, turizm sahəsi sərmayəçilər üçün cəlbedicidir.

Xəbər lenti

Xəbər lenti