...

Həftənin ilk iş günü Bakıda havanın hərarəti yenidən 26 dərəcəyə çatacaq

Cəmiyyət Materials 15 Aprel 2012 12:02 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında aprelin 16-da dəyişkən buludlu, yağmursuz hava müşahidə olunacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Həftənin ilk iş günü Bakıda havanın hərarəti yenidən 26 dərəcəyə çatacaq

Azərbaycan, Bakı, 15 aprel / Trend müxbir M.Əliyev/

Bakıda və Abşeron yarımadasında aprelin 16-da dəyişkən buludlu, yağmursuz hava müşahidə olunacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə verilən məlumata görə, paytaxtda və yarımadada mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Respublika ərzisində gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bazar ertəsi axşam qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti, gecə və səhər bəzi yerlərdə duman olacağı, cənub və qərb rayonlarında isə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 11-150 isti, gündüz 23-28° isti, dağlarda gecə 6-110 isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti