...

Azərbaycanın təhsil naziri şagirdlər arasında narkotik istifadəçilərinin olması məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 17 Aprel 2012 10:54 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov səhiyyə nazirinin müavini Elsəvər Ağayevin bir neçə gün öncə orta məktəb şagirdləri arasında narkotik istifadəçilərinin olması barədə fikrinə münasibətini bildirib.
Azərbaycanın təhsil naziri şagirdlər arasında narkotik istifadəçilərinin olması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov səhiyyə nazirinin müavini Elsəvər Ağayevin bir neçə gün öncə orta məktəb şagirdləri arasında narkotik istifadəçilərinin olması barədə fikrinə münasibətini bildirib.

Trend-in məlumatına görə, çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamasında Mərdanov deyib ki, məktəblilər arasında narkotik istifadəçilərinin olması barədə onda məlumat yoxdur.

"Buna baxmayaraq, profilaktik tədbirlərin keçirilməsi heç zaman gec deyil. Hazırda bu istiqamətdə müvafiq dövlət qurumları və QHT-lərlə iş aparılır. Bu iş daha geniş şəkildə həyata keçirilir", - nazir əlavə edib.

Mərdanov bildirib ki, ümumilikdə, digər ölkələrlə müqayisədə Azərbaycanda narkomaniya ilə bağlı vəziyyəti acınacaqlı hesab etmir.

"Ancaq bu, arxayın olmağa əsas vermir. Hər birimiz belə hallara qarşı mübarizə aparmağa hər an hazır olmalıyıq", - nazir deyib.

Qeyd edək ki, səhiyyə nazirinin müavini Elsəvər Ağayev bir neçə gün öncə orta məktəb şagirdləri arasında narkotik istifadəçilərinin olduğu barədə açıqlama vermişdi.

Xəbər lenti

Xəbər lenti