...

Azərbaycanda təyyarə biletlərinə endirimlər başlayıb

Cəmiyyət Materials 19 Aprel 2012 11:17 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) və Türkiyənin "Pegasus Airlines" aviaşirkətləri Avropa və Türkiyəyə aviabiletlərə birgə endirim kampaniyası keçirir.
Azərbaycanda təyyarə biletlərinə endirimlər başlayıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" (AZAL) və Türkiyənin "Pegasus Airlines" aviaşirkətləri Avropa və Türkiyəyə aviabiletlərə birgə endirim kampaniyası keçirir.

Trend-in AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, endirim aksiyası Almaniya, İsveçrə, Niderland və İsveç kimi ölkələrin şəhərlərinə uçuşları əhatə edir.

Belə ki, aviabiletlər Ştutqart və Kölnə 330 avrodan, Amsterdam, Stokholm, Bazel, Kopenhagen, Sürix, Münhen, Berlin və Düsseldorfa 340 avrodan, Türkiyənin 15 şəhərinə isə 290 avrodan başlayır.

Xəbər lenti

Xəbər lenti