...

Bakı şəhər sakinlərindən 1 kq-dan çox narkotik vasitə götürülüb

Cəmiyyət Materials 19 Aprel 2012 11:38 (UTC +04:00)
Bakı şəhər sakinlərindən 1 kq-dan çox narkotik vasitə götürülüb.
Bakı şəhər sakinlərindən 1 kq-dan çox narkotik vasitə götürülüb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər sakinlərindən 1 kq-dan çox narkotik vasitə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dəyanət Həsənovdan 440 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Nəsimi RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədovdan 170 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Yasamal RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakinləri Zöhrab Bağırovdan 4 qrama yaxın, Ruslan Musayevdən isə 1 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilib. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni onlara satan Bakı şəhər sakini İsrafil Məmmədov yaxalanıb və ondan 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti