...

Hüquq müdafiəçisinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 19 Aprel 2012 17:33 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İnamla hüquq" MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hüquq müdafiəçisinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 19 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İnamla hüquq" MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatəti təmin edilməyib.

Məhkəmə baxışı aprelin 27-nə təyin edilib.

Qeyd edək ki, Məmmədov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

O, ötən il dekabrın 30-da Səbail polisinə çağırılıb və saxlanılıb.

Xəbər lenti

Xəbər lenti